• Bz. Sen 29th, 2024

Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır

ByVuqar Ferzeliyev

İyn 24, 2024

     Dünyanın müxtəlif ölkələri ilə neft sahəsində başlanan qlobal əməkdaşlıq tədricən təbii qaz istiqamətini də əhatə edib. Eləcə də Avropa kimi inkişaf etmiş və güclü maliyyə resursları olan böyük bir bölgənin enerji təhlükəsizlində əhəmiyyətli rol oynamağa başlayıb. Lakin sosial-iqtisadi və mədəni inkişafa böyük töhfələr verən ənənəvi enerji resurslarından istifadə genişləndikcə, onun təbiətə vurduğu ziyan da ildən-ilə artır. Xalqımız üçün qürurverici haldır ki, Azərbaycan bu mübarizənin ön cərgəsindədir və bu səbəbdəndir ki, Birləşmiş Millətlər Təşkilatının bu sahədə COP29 adlı mühüm beynəlxalq tədbiri bu ilin noyabrında ölkəmizdə keçiriləcək. Çünki, “yaşıl enerji” adlandırılan və təbiətə ziyan vurmayan enerji istehsalı Azərbaycanda sürətlə genişlənir. Xüsusilə, işğaldan azad edilmiş Qarabağ bölgəsinin enerji təchizatı məhz müasir və fiziki üsullarla – su elektrik stansiyaları, günəş və külək enerjisi hesabına təmin edilir. 

     Azərbaycanda elektrik enerjisinin istehsalı üçün təbii resursların 30 faizi Qarabağ bölgəsinin payına düşür. Xüsusilə, su-elektrik stansiyalarının tikintisi, günəş və külək enerjisinin potensialı üzrə bu regionun imkanları genişdir. Bu amil imkan verir ki, Azərbaycan bərpaolunan enerjidən təkcə daxili istifadə üçün yox, həm də ixrac üçün istifadə etsin. Bu isə öz növbəsində qonşu dövlətlərlə ötürücü xətlər şəbəkəsini genişləndirməyi tələb edir. Eyni zamanda, Zəngəzur dəhlizinin, Şimal-Cənub nəqliyyat qovşağının reallaşdırılması, bu projelərin siyasi rahatlığı üçün Ermənistanla məqbul şərtlər əsasında sülh sazişinin bağlanması mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə COP29-un Azərbaycanda keçirilməsinin regionda və dünyada sülh və əmin-amanlığı təsir göstərən mühüm tədbir olacağı şəksizdir. Bir fakta diqqət etmək gərəkdir ki, hətta hələ də Azərbaycanla sülh sazişi bağlamağı çək-çevirə salan Ermənistan da bu tədbirin Azərbaycanda keçirilməsinə BMT səviyyəsində səs verib. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Gülnarə Mirzəliyeva

Saatlı MKS-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir