• Bz. Yan 11th, 2026

Güclü və səmərəli tərəfdaşlığın gözəl bəhrəsi

ByVuqar Ferzeliyev

Yan 10, 2026

      “Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək”. Bu fikirləri “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev irəli sürüb.  Prezident qeyd edib ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik.

       Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir.. Bu dövr ərzində generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Ən əhəmiyyətlisi isə generasiya güclərinin bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artaraq təqribən 10 min meqavat səviyyəsinə çatmasıdır. Bu rəqəm Azərbaycan üçün tarixi rekord hesab olunur.

       Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir Bu stansiya ölkənin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirib və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə – Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.

      Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur.

      Bu təcrübə göstərir ki, Azərbaycanda ənənəvi və bərpaolunan generasiya gücləri paralel şəkildə inkişaf etdirilməlidir. Ancaq bu yanaşma ilə artan daxili tələbat təmin oluna və elektrik enerjisinin ixracı artırıla bilər.

Fərid Nəcəfov,

Cəlilabad Elektrik Şəbəkəsinin rəsi