• Ca. Yan 8th, 2026

Güclü və dayanıqlı iqtisadiyyat

ByVuqar Ferzeliyev

Yan 7, 2026
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib ki,  bu gün ölkəmizdə iqtisadiyyat sahəsində çox fəal hərəkət var. Nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir. İki aparıcı reytinq şirkəti bizim kredit reytinqimizi yenilədi. Bunlar “Moody’s” və “Fitch” şirkətləri idi və burada reytinq investisiya səviyyəsi yenilənərək, proqnoz da sabitdən müsbətə doğru yenilənmişdir. Bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir, çünki böyük ehtiyatlarımız var, aşağı xarici borcumuz var, özünü təmin edən iqtisadiyyatımız var və hesab edirəm ki, bir çox digər amillər bizə daha yüksək reytinqə malik olmağa imkan verir. Müvafiq dövlət təsisatları fəaliyyətimiz haqqında daha çox məlumat vermək üçün bu reytinq agentlikləri ilə çalışır ki, Azərbaycanın həqiqi reytinqi lazımi şəkildə əks olunsun. 
  Prezident vurğulayıb ki, bu baxımdan daha çox vəsait regional inkişafa ayrılacaq. Bu gün bizim iki investisiya proqramımız var - biri ənənəvi proqramdır, digəri isə Qarabağ və Şərqi Zəngəzur üçündür. Hər ikisi yüksək səviyyədə icra olunaraq uğurla həyata keçirilir. Biz bağlılıq, nəqliyyat məsələlərində daha çox iş görməliyik., Dəniz limanları və dəmir yolları ilə bağlı görülmüş işlər bir çox illər üçün kifayət edəcək. 
  Əvvəlki illərdə çox iş görülüb, 50 tunel, 50-yə yaxın körpü inşa edilib, yollar genişləndirilib. Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul edilib. Bunlar isə çox möhtəşəm planlardır. 
   Tezliklə Bakı, Sumqayıt və Xırdalanın, bütün Abşeron yarımadasının su-kanalizasiya sistemləri üzrə irimiqyaslı proqram qəbul ediləcək, çünki buna tələbat böyükdür. Bir çox iş görülüb, lakin hələ də çatışmazlıqlar var, hələ də güclü yağışlar olanda problemlər meydana çıxır. Beləliklə kanalizasiya-su sistemlərinin idarə olunması və içməli su, o cümlədən Azərbaycanda ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu içməli suya olan böyük tələbatı qarşılayacaq. Kənd təsərrüfatını daha çox su ilə təmin etmək məqsədilə yeni kanalların tikintisi, həmçinin, Bakının nəqliyyat problemləri həll olunacaq.
  Azərbaycan bu həqiqəti dərk edərək öz yolunu müəyyənləşdirib və bu yolda ardıcıl addımlarla irəliləyir.Bütün bunlar bir daha sübut edir ki, doğma Azərbaycanımız iri addımlarla irəliləyir. 

                                                                            Rahib Kərimov,
   Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru