8 yanvar 2026-cı il tarixində Azərbaycan enerji sektorunda mühüm hadisəyə şahid oldu. Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edərək, ölkənin bərpaolunan enerji sahəsində əldə etdiyi nailiyyətləri və gələcək planlarını açıqladı. 240 meqavat gücündə olan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası Azərbaycanın enerji potensialının gücləndirilməsində mühüm addımdır.
. Stansiyasının fəaliyyəti Azərbaycanın enerji təhlükəsizliyində mühüm layihədir. Layihə eyni zamanda məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların yetişməsində, təbii qaza qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Həmçinin dünyanın tanınmış şirkətlərinin Azərbaycanda böyük məbləğ tələb edən iri layihələr icra etməsi ölkəmizdə bərqərar olan iqtisadi sabitliyi, əlverişli investisiya mühitini göstərir.
Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq.
Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Buna heç bir şübhə ola bilməz. Ona görə xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət olunur. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoylması təqdirəlayiqdir.
Bizdə gözəl investisiya iqlimi vardır, ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir, bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.
Bu gün ölkəmizdə “Yaşıl enerji” strategiyasına keçid prosesi uğurla icra edilir və genişmiqyaslı xarakter daşıyır. Bu istiqamətdə artıq bir sıra iri layihələr yekunlaşdırılıb və ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji əhəmiyyətli rol oynamaqdadır.
Xəzər Nuriyev,
“Aztelekom “ MMC, Cənub Regional Filialının Cəlilabad şöbəsinin müdiri
