• Be. Noy 25th, 2024

Haqsızlığa və ədalətsizliyə qarşı uğurlu mübarizə

ByVuqar Ferzeliyev

Noy 5, 2022

       Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Prezident İlham Əliyevin ərəb ölkələrinin liderləri tərəfindən bu mötəbər tədbirə Fəxri qonaq qismində dəvət olunması onun Yaxın Şərqdə yüksək nüfuzunun təzahürüdür.

         Cənab İlham Əliyev Toplantıdakı çıxışında deyib: ” Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur. Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm”.

       Preziden göstərib ki, Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Azərbaycan otuz il ərzində uzun yol qət edərək öz siyasi kursunu uğurla yürütdüyünü və regionun əsas simasına  çevrildiyini sübut etməkdədir. Bu baxımdan, dünyanın aparıcı təşkilatlarından biri olan Qoşul­mama Hərəkatı beynəlxalq arenada bölünmələrə və qütbləşməyə qarşı öz təsir gücünü artırmaqda davam edir və dünya ölkələrini sülhün, əməkdaşlığın, təhlükəsizliyin təmin olunmasına sövq edir.

        Prezident xüsusilə vurğulayıb ki, 2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə, sadəcə, 44 gün kifayət etdi. Ancaq biz bunu 30 ilə yaxın gözlədik. İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdıq. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

        Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.

      Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini təsdiq edirlər, vurğulayırlar ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Bu isə ölkəmizin beynəlxalq aləmdə nüfuz və hörmətinin yüksəldiyindən xəbər verir. Biz, bu sahədə Prezident İlham Əliyevin səylərini ürəkdən alqışlayırıq.

İbrahimzadə Şəfəq,

Göytəpə şəhər 2 nömrəli tam orta məktəbində tarix müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir