• Be. Noy 25th, 2024

Heydər Əliyev siyasətinin uğurlu davamı

ByVuqar Ferzeliyev

May 21, 2024

        Azərbaycanla Belarus arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqilliyi əldə etməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində möhkəm ikitərəfli münasibətlər quruldu. Ulu Öndər beynəlxalq münasibətlərin, o cümlədən Belarusla strateji tərəfdaşlığın inkişafına böyük diqqətlə yanaşırdı. Dahi lider postsovet məkanında qloballaşma şəraitində və dəyişən geosiyasi landşaftda ölkələr arasında qarşılıqlı faydalı əlaqələrin sabitliyin və rifahın təmin edilməsinin açarı olacağını yaxşı bilirdi.

       Belarusla ikitərəfli münasibətlərin qurulması istiqamətində Heydər Əliyevin siyasi strategiyası iqtisadiyyat, siyasət, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturdu. Bu səylər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmişdir. Ölkələr arasında strateji tərəfdaşlıq, dövlət başçıları səviyyəsində nümayiş etdirilən qarşılıqlı hörmət və etimad Heydər Əliyev siyasətinin uğurlu davamının parlaq nümunəsidir.

Bu gün ölkə prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələr həm ikitərəfli, həm də daha geniş regional və beynəlxalq gündəlik kontekstində öz bəhrəsini verməkdədir.

        Prezident İlham Əliyev mayın 16-da mətbuata açıqlamasında deyib: “Ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik: “Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə – həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı”.

        Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları,  aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.

Rafiq Ağayev,

Yeni Azərbaycan Partiyası

                 Cəlilabad Rayon Təşkilatının sədr müavini      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir