• Ca. Dek 18th, 2025

Humanizm və sosial ədalət prinsiplərini nə sədaqət

ByVuqar Ferzeliyev

Dek 18, 2025
  Ulu öndər Heydər Əliyev deyirdi ki, hər bir insanın özünəməxsus, çoxsaylı arzuları ola bilər. Həbsxanada olanların isə ən ümdə arzusu məhz azadlığa çıxmaq, əzizlərinə qovuşmaqdır. Prezident İlham Əliyev bu məsələdə böyük həssaslıq nümayiş etdirir. Dövlət başçımız dönə-dönə xatırladıb ki, bizim siyasətimizin təməlində insan amili dayanır.

   Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

    Prezidentin təşəbbüsü ilə bu dəfə 20 mindən artıq insan azadlığa buraxılacaq. Bu, həm praktik, həm də humanist baxımdan çox önəmli jestdir və ölkəmiz üçün tarixi bir sənəd sayılır. 

   Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

   Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

  Amnistiya təkcə minlərlə insanın taleyinə təsir edən hüquqi akt deyil. O, Prezident İlham Əliyevin idarəetmə fəlsəfəsinin güclü dövlət, humanist siyasət və cəmiyyətlə qarşılıqlı etimad modelinin praktik təzahürüdür. Dövlət bu addımla həm hüquqi suverenliyini, həm də mənəvi üstünlüyünü nümayiş etdirir,

Arif Nəcəfov,

Cəlilabad rayon Statistika İdarəsinin rəisi