• Şb. Noy 23rd, 2024

İkitərəfli sülh gündəliyi masa üzərində

ByVuqar Ferzeliyev

Okt 26, 2024

          Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlərə və müzakirə edilən məsələlərə diqqət yetirsək bunu aydın şəkildə görərik. Cənab İlham Əliyev oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bir daha Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatıldılar.  

BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Hazırda əsas məqsədlərdən biri BRICS-in tərkibini genişləndirməklə beynəlxalq nüfuzunu artırmaqdır. 30-a yaxın ölkə quruma üzv olmaq istəyini bildirib ki, onlardan biri də Azərbaycandır. Ölkəmizin iqtisadi müstəqilliyi, həmçinin siyasi nüfuzunun günbəgün artması, xarici siyasətində öndə saxladığı prinsiplər bu istəyinin reallığa çevrilməsində əhəmiyyətli rol oynayacaq. Tarixi Zəfərimizdən, suverenliyimizin tam bərpa olunmasından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu diqqətdən kənarda qalmır.

       XVI BRICS Sammiti əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Özüxan Niftiyev,

Cəlilabad şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir