• Ç. Noy 27th, 2024

İnsanların rifah halını yaxşılaşdırmaq naminə görülən tədbir

ByVuqar Ferzeliyev

Apr 17, 2024

        Meliorasiya və su təsərrüfatı kompleksində qazanılmış nailiyyətlər Ulu Öndər Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və qayğısının nəticəsində əldə edilmişdir. Heydər Əliyevin müntəzəm nəzarəti və bilavasitə köməkliyi ilə o illərdə respublikada iri su təsərrüfatı obyektləri, o cümlədən Yuxarı Mil kanalı, Viləşçay su anbarı, Əyriçay su anbarı, Cənubi Muğan kanalının maşın qolu, Şəmkir maşın kanalı, Rəsul-arx kanalı, Xan qızı kanalı, digər obyektlər tikilib istismara verilmişdir.

       Amma müasir şəraitdə suvarma sistemində işləri yaxşılaşdırmaq həyati əhəmiyyət kəsb edir. Preezident İlham Əliyev Yuxarı Şirvan kanalının yenidən qurulmasına həsr olunmuş çıxışında demişdir ki, son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, uğurlu fəaliyyət davam etdirilir.

       Bununla yanaşı, Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalının əhəmiyyəti göz önündə olacaqdır. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Yaxın gələcəkdə 10 rayon üzrə yerləşən məntəqələrdə yeni kanalın əhəmiyyətini hər kəs görəcək.Şirvan kanalı istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.

       Prezident çox maraqlı bir mesaj vermişdir. hər hektardan taxıl üzrə 7 ton məhsuldarlıq – bu, inkişaf etmiş ölkələrin səviyyəsidir. Özü də bu, ərzaqlıq buğdadır ki, bizə ən çox lazım olan ərzaqlıq buğdadır. Biz hələ ki, idxaldan asılıyıq. Əgər texnologiyalar təkcə Şirvan kanalı boyunca, ərazilərdə tətbiq olunsa, onda biz idxaldan asılılığı böyük dərəcədə azaldacağıq. Sadaladığım digər layihələr icra edildikdə biz bəlkə də nə vaxtsa idxaldan, ümumiyyətlə, imtina edəcəyik.

Xanlar Mirzəyev,

Cəlilabad rayon Suvarma Sistemlər İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir