• Ca. Noy 21st, 2024

İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi
Zəfərə aparan yolun başlanğıcı
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu

ByVuqar Ferzeliyev

Noy 8, 2024

8 Noyabr – Şuşanın azad edilməsi Vətən müharibəsinin ən yüksək, ən şərəfli sonluğu oldu. Şuşasız Qarabağ – Xankəndi, Xocalı, Laçın, Laçınsız Qubadlı…yoxdur. Azərbaycan bütün səylərini həm də Xankəndi, Xocalı, Ağdərədə suveren hakimiyyətini bərpa etməyə yönəltməlidir. Şuşa xilaskarlarının ruhu qarşısında xalq, dövlət olaraq həm də əxlaqi-mənəvi, vətəndaşlıq borcumuz var, ilk növbədə Şuşanı və digər ərazilərimizi Vətən etməklə bu borcu ödəmiş olarıq.     
       Doğma və əziz Şuşada Ulu Öndər Heydər Əliyevin də silinməz izləri vardır. 1970-ci illərin ikinci yarısında Şuşa şəhərinin inkişafı baxımından Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü, tələbkarlığı və rəhbərliyi ilə bir sıra xüsusi qərarlar qəbul edilmiş və həmin qərarlara uyğun şəhərin tarixi abidələri, keçmişdə tikilmiş binaları bərpa edilmiş, iri mehmanxana kompleksləri, yeni yaşayış və ayrıca inzibati binalar tikilmişdir. Şuşanın statusunu yüksəltməklə, ümumittifaq əhəmiyyətli kurort şəhərinə çevrilməsinə nail olunmuşdur. Bu qərarların reallaşdırılmasının böyük tarixi əhəmiyyəti olmuşdur. Belə ki, Şuşada əlavə iş yerləri açıldı, həyat səviyyəsi yüksəldi, Azərbaycanlıların milli ruhu gücləndi. Şuşaya dincəlmək üçün SSRİ-nin müxtəlif yerlərindən gələnlər eyni vaxtda Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti ilə tanış ola bilirdilər.
        Ulu Öndər ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda dövlətçilik atributlarını gücləndirmiş, milli ordu quruculuğunun əsasını qoymuş və Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqda tarixi işlər görmüşdür. Heydər Əliyevin əsasını qoyduğu bu milli strategiya Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da təkmilləşdirilmiş və 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Böyük Qarabağ Zəfərində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmişdir. Hazırda prioritet fəaliyyət istiqamətləri sırasında Qarabağın bərpasının intensivləşdirilməsi, Şuşa şəhərinin iqtisadiyyat quruculuğunda daha yüksək texnologiya əsaslı xidmət sahələrinin formalaşdırılması ön plana çıxarılmışdır
       Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı.

Ceyhun Rəhimov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir