Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyacın olduğunu söyləyən ölkə başçımız dövlətimizin xarici siyasəti ilə bağlı bir sıra məqamlara toxunmuşdur. Belə ki, öz çıxışı zamanı Prezident İlham Əliyev söylədi ki, İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.
Cənab Prezident İlham Əliyevin sözlərindən də aydın olur ki, ölkəmiz COP29 konfransına ev sahibliyi etməsi çox böyük bir məsuliyyətə üstlənmək deməkdir. Əlbətdə ki, Azərbaycan bu böyük məsuliyyətin öhdəsindən gələcəkdir.
Hüseyn Eynullayev
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı