• Ca. Yan 8th, 2026

İqtisadi fəaliyyətimiz göz önündədir

ByVuqar Ferzeliyev

Yan 7, 2026
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin rəhbəri qeyd edib ki, bir neçə il bundan əvvəl xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoyudu və buna nail olduq. Biz borc götürməyi tamamilə dayandırdıq və beynəlxalq maliyyə təsisatları ilə bütün münasibətlərimizi, aktiv münasibətlərimizi bitirdik. İndi bizim xarici borcumuz ÜDM-in 6+ faizini təşkil edərək tarixdə ən aşağı səviyyədədir. Biz yenə də məhdud məbləğlərdə borc götürməyə başladıq. Lakin biz maliyyələşdirməyə ehtiyacı olan layihələri dəstəkləmək üçün yenə də 2-3, bəlkə də 4 milyard ABŞ dolları məbləğində borc götürməyə qərar vermişdik. 
   Biz müdafiə sahəsinə, Qarabağın yenidən qurulmasına maliyyələşməni kəsmək istəmirik. Lakin bizə nəqliyyat layihələrimiz, su-kanalizasiya sistemi üçün və əsasən bağlılıq məsələlərində maliyyələşmə lazımdır. Bunun üçün biz borc götürəcəyik. Lakin bu gün bizim xarici borcumuz tarixdə ən aşağı səviyyədədir, hesablamalardan asılı olaraq ÜDM-in 6,3-6,4 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcu 16 və ya 17 dəfə üstələdiyinə görə xarici borcumuzu geri ödəyə bilərik. Nəyə görə bir rəqəmi qeyd etmirəm, çünki ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. 
 Prezident həmçinin bildirib ki, geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və qızılın qiyməti kəllə-çarxa çıxdı. Beləliklə, bu qərar bizə çoxlu pul qazandırdı. Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir, 83-84 milyard ABŞ dolları. 
   Cənab İlham Əliyev bu baxımdan həyata keçirilmiş böyük işləri sadaladı, gələcəkdə görüləcək tədbirlərin anonsunu verdi. Bəli, bizim bir problemimiz var, bu da neft hasilatının təbii azalmasıdır. Bu amil ÜDM göstəricilərinə müəyyən mənfi təsir göstərir. Lakin əgər qeyri-neft və qeyri-qaz sektorunda ÜDM-ə baxsaq görərik ki, 11 ay ərzində 3,2 faiz artım qeydə alınıb, bu da pis göstərici deyil.
   Beləliklə, ökəmiz iqtisadi cəhətdən tamamilə müstəqil olduğuna və hər hansı bir dəstəkdən, istənilən kreditdən və ya nədənsə asılı olmadığına görə bugünkü vəziyyət bizi qane edir.

                                                                           Aydın Hüseynov,
                                                                   Siyasi şərhçi