• Bz. Noy 24th, 2024

İqtisadiyyatımız yeni reallıqlar mərhələsində

ByVuqar Ferzeliyev

Sen 25, 2024

       Azərbaycan Prezidenti İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında ölkənin iqtisadi qüdrətinin yüksəldilməsi məsələsindən ayrıca bəhs etmişdir. Dövlət başçımız söyləmişdir ki, bu ilin iqtisadi sahədə göstəriciləri, müsbətdir. Səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Biz son illər ərzində mənim tapşırığımla xarici borcumuzu ildən-ilə aşağı salırdıq və bu gün ümumi daxili məhsula nisbətdə bu, cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, biz bütün əsas kreditləri qaytarmışıq və yəni, əgər borcumuzu mütləq rəqəmlərlə götürsək, təqribən 5,3 milyard dollardır, – biz bir gündə qaytara bilərik. Amma bir rəqəm maraqlıdır ki, inkişaf etmiş ölkələrin bəzilərində, o cümlədən bizə mühazirə oxumaq istəyən bəzi ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizini, ondan da yüksək rəqəmi təşkil edir. Yəni, bu, sadəcə olaraq kiçik bir arayışdır.

      Prezidentimiz öz çıxışında iqtisadi inkişafa diqqət yetirməklə bildirdi ki, Azərbaycan iqtisadiyyatı son illər özünün sürətli inkişaf yolundadır. Bütün sahələrdə yaxşı nəticələr əldə edilib. Əldə olunmuş nəticələr büdcə gəlirlərinin artırılması, istehsalın sürətinin təmin edilməsi bilavasitə sosial məsələlərin həllinə, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə, insanların rifahının yaxşılaşdırılmasına yönəldilib.

       Bu gün qarşıda duran ən başlışaca vəzifələrdən biri də işğaldan azad olunmuş ərazilərdə təmir-bərpa işlərinin sürətləndirilməsidir. Hazırda bu işlər uğurla həyata keçirilir  İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, – yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, – 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilmişdir. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Yəni, bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, – həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə.

        Ölkə rəhbəri əyani faktları misal gətirərək bildirdi ki, son illər ərazilərdə bərpa-quruculuq işlərinə 19 milyard manatdan çox vəsait sərf edilib. Bu gün ölkəmizin bütün bölgələrində, həmçinin Qarabağda yeni istehsalat sahələri açılır. O cümlədən böyük rəmzi məna daşıyan “İstisu” su zavodunun açılışı olmuşdur və artıq istisu yenə də bizim süfrəmizdədir. Yeni yollar çəkilməli, tunellər qazılmalı, abadlıq və tikinti işləri sürətli formada həyata keçirilməlidir. Bu isə o deməkdir ki, Qarabağ torpağı sözün həqiqi mənasında cənnətə çevriləcək.

Xalid Əsgərov,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir