• Ca. Noy 21st, 2024

İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı  yenidən qurma və bərpa layihələri həyata keçirilir.

ByVuqar Ferzeliyev

Noy 14, 2024

2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruz qalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı.Hal hazırda İkinci Qarabağ müharibəsində müzəffər ordumuzun şücaəti nəticəsində azad edilmiş torpaqlarımızda infrastruktur layihələrin həyata keçirilməsi davam etməkdədir. Dövlətimizin qarşısında dayanan əsas vəzifə azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsidir.Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində regionda başladılan yenidənqurma və bərpa işləri öz bəhrəsini verməyə başlayıb. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Milli prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.  

Möhtərəm Prezident cənab  İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Ən əsası, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir.Hazırda işğaldan azad olunan ərazilərdə yeni yol-nəqliyyat infrastrukturu yaradılır. Zəngilan-Horadiz avtomobil yolu yeni yaradılan infrastrukturun təməli hesab olunur. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan, Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Strateji əhəmiyyətli bu yol Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan MR-lə, Şərqi və Qərbi Zəngəzuru isə dəmir və avtomobil yolu vasitəsilə birləşdirəcək.

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü zamanı  keçirilən iclasda Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirmişdir:“Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək.Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər.

Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə,  eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürümü bildirmək istərdim.”

Düşmənin darmadağın etdiyi Qarabağımızda şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın uç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Bu isə, eyni zamanda, ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir.Biz Qarabağımıza qayıtdıq.

Fərəcov Nazim

Saatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir