• C. Noy 22nd, 2024

İşğaldan azad olunmuş bütün ərazilər bərpa olunacaqdır

ByVuqar Ferzeliyev

May 22, 2024

      Hazırda Azərbaycan-Belarus münasibətlər dinamik inkişaf edir və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görülür.  İşğal illərində bu torpaqlarda hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Məlumdur ki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisində böyük təcrübəsi var. Bütün bunlar da işğaldan ərazilərin bərpasında öz geniş tətbiqini tapa bilər. Buna görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdırlar. Öz növbəsində Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi də dost ölkələr üçün çox vacibdir.

      Azərbaycan və Belarus arasındakı əlaqələr təkcə dövlət rəsmilərinin anlaşması, dostluq münasibətləri ilə yekunlaşmır. Hər iki dövlətin qarşılıqlı iqtisadi-ticari əməkdaşlığı müsbət plandadır və bu potensialı daha da artırmaq üçün lazımi tədbirlər görülməsi planlaşdırılır. Belarusla Azərbaycanın hərbi-sənaye kompleksində , kənd təsərrüfatında ,nəqliyyatında səmərəli əməkdaşlıq etməsi üçün münbit şərait və təşəbbüslər var. Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus lideri A.Lukaşenkonun görüşündə qeyd olunub ki, Belarusun çox yaxşı şəhərsalma, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Prezident İlham Əliyev bildirib ki, birinci dərəcəli vəzifə keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Belarus şirkətləri azad edilən ərazilərdə, xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklərvə bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, komplekslər tikməyə, fermer təsərrüfatları yaratmağa hazırdır. Bir çox başqa ölkələr kimi ,Belarus şirkətləri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında da fəal iştirak etməyə dəvət olunublar. Bu olduqca böyük layihədir. 

Gülnarə Mirzəliyeva

Saatlı MKS-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir