• Şb. Dek 6th, 2025

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur

ByVuqar Ferzeliyev

Noy 25, 2025

Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göy-Göl və Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Azərbaycanın ən yüksək dağ rayonu Kəlbəcər Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal olunmuşdu. Bu rayon qızıl, zod yataqları, müalicəvi mineral su sanatoriyaları, sıx meşələri, çayları, bulaqları ilə tanınır.
Ermənistan noyabrın 25-i Kəlbəcər rayonunu Azərbaycana qaytarıb. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə 10 noyabr birgə bəyanatına görə, rayon noyabrın 15-də təhvil verilməli idi, lakin sonradan Ermənistana daha 10 gün vaxt verildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 27-də başlayan döyüşlərdən bəri ilk dəfə Kəlbəcərin azad edilməsilə bağlı xəbəri oktyabrın sonunda bildirmişdi. O, Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən operativ müşavirədə çıxışı zamanı Kəlbəcər rayonun bir hissəsinin işğalçılardan azad edildiyini bəyan etmişdi. Daha sonra noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu bəyanata görə, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunu Azərbaycan Respublikasına qaytarmalı idi.
Lakin noyabrın 15-də Azərbaycan rəsmiləri bəyan etdilər ki, Ermənistan rayondan çıxmaq üçün daha 10 gün vaxt istəyib.
Murovdağ silsiləsiylə əhatə olunan Kəlbəcər ən qədim insan məskənlərindən biri hesab olunur. Kəlbəcərin iqtisadiyyatını əsasən heyvandarlıq və əkinçilik təşkil edib. Kəlbəcərdə alban dövrünə aid xeyli tarixi abidələr var. Bunlardan ən məşhuru Xudavəng məbəd kompleksidir. Bundan başqa rayonun Vəng kəndi ərazisində də digər bir alban məbədi yerləşir.

Miriyeva Ağazadə
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi