Azərbaycanın düşmən Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarından biri Kəlbəcər olmuşdur. 2 aprel 1993-cü il tarixində Ermənistan tərəfindən işğal edilən Kəlbəcərdə 511 dinc sakin öldürülüb, 321 nəfər sakin əsir götürülüb və itki düşüb. Kəlbəcərin işğalı nəticəsində məcburi köçkün vəziyyətinə düşən sakinləri Respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur edildi. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşmüşdür.
İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Törətdiyi dəhşətli cinayətlərlə kifayətlənməyən Ermənistan beynəlxalq hüquq və normalara qarşı gedərək 1999-cu ildən Kəlbəcərdə başqa ərazilərdən gətirilmiş ermənilərin qeyri-qanuni məskunlaşmasını həyata keçirmişdir.
Sürəyya Zeynalova
Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru