• Ç. Apr 30th, 2025

Mehriban qonşuluq naminə səylər

ByVuqar Ferzeliyev

Apr 29, 2025

        Prezident İlham Əliyevin cari ilin 28 aprel tarixində Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda çox mühüm məsələlərə toxunulub. Ölkəmizin rəhbəri qeyd edib ki, biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq.   

      Azərbaycan heç bir zaman İrana qarşı olunan kampaniyalarda iştirak etməyib və Qərb dünyasının İranla münasibətlərinin danışıqlar yolu, beynəlxalq hüquq normaları ilə həll edilməsinin tərəfdarı olub. İranın yeni seçilmiş prezidentinin Azərbaycana bu gün başlanan səfərinin, iki ölkə arasında münasibətlərdə yeni səhifə açacağına inanıram. Bu təkcə oturuşmuş münasibətlərin təsdiqi deyil, eyni zamanda gələcəyə açılan perspektivində müəyyənləşdirilməsidir. Bir çox sahələr üzrə əməkdaşlıq mümkündür. Bu əməkdaşlığa hazırlıq uzun müddətdir ki, gedir. Bu gün İran prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələri möhkəmləndirəcək, regionda sülhün, əmin-amanlığın təmin edilməsinə iki ölkənin töhfəsinin verilməsinə səbəb olacaq. Hesab edirəm ki, yaranan istənilən problemin ilk növbədə mehriban qonşuluq ilə həll edilməsinə şərait yaradacaq. Azərbaycan cəmiyyəti İran prezidentinin ölkəmizə səfərindən xoş gəldin deyir və onun səfərinin, Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarının müsbət nəticə verəcəyinə inanırıq.

       Biz bu gün, eyni zamanda, humanitar sahədə, mədəniyyət sahəsində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi üçün konkret göstərişlər verdik. Müəyyən etdik ki, sonuncu qarşılıqlı mədəniyyət günləri səkkiz il bundan əvvəl keçirilmişdir və birgə qərar əsasında yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günləri keçiriləcək. Xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikridir və siyasətidir.

       Azərbaycan-İran əməkdaşlığı yüksəldikcə, təbii olaraq ticarət dövriyyəsi də artacaq. Ən əsası, siyasi müstəvidə anlaşmalar, mehriban qonşuluq razılaşmaları ilə regionda tam yeni bir tendensiyaların şahidi ola bilərik. Habelə, Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, Ələt-Astara dəmir yolu xəttinin yenidən qurulması, Ağbənd – Kəlalə avtomobil və dəmir yolu qovşağının yaradılması, Araz çayı üzərində anbarların, stansiyaların birgə istifadəsi və s. məsələləri sürətlənər.

       Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir