Dünyanın hər yerinə səpələnmiş çoxsaylı erməni təşkilatlarının geniş maliyyə imkanları, Qriqorian kilsənin istiqamətverici və təşkilatçılıq rolu, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilərin dünya siyasətinə təsir göstərməsi sülh və əminamanlıq üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneədirlər. İkili standartlar və “xristian hə mrəyliyi”nin beynəlxalq münasibətlərdə mühüm rol oynadığı müasir dövrdə, beynəlxalq hüquq normalarına açıqaşkar zidd olaraq Azərbaycan torpağı olan Dağlıq Qarabağ erməni separatçı-terrorçularının əlində qalmaqdadır. Özgə torpaqlarını işğal etmək üçün terroru, soyqırımları özlərinə peşə seçmiş erməni millətçiləri bu bəd niyyətlərini guya vaxtı ilə Aralıq dənizi – Qara də niz – Xəzər dənizi arasında geniş torpaqları əhatə etmiş uydurma “Böyük Ermənistan” dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək xülyasındadırlar. Ermənilərin guya erməni hökmdarı olduğ unu iddia etdikləri parfiyalı II Tiqranın adından zərb olunmuş pullarda da onun “Böyük Ermənistan” hökmdarı olduğu təsdiqlənmir. Beləliklə, “Böyük Ermənistan” tarixi həqiqət deyil, yalnız və yalnız, tarixdə heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özgə torpaqlarını işğal etmə yi qarşısna məqsəd qoymuş başıbəla “milli ideologiyadır”, mürtəce dini-ideoloji və terrorçuişğalçılıq “doktrinasıdır”. Bu işğalçı-terrorçu “doktrina” erməni millətçiləri tərəfindən özgə torpaqlarına yiyələnmək məqsədilə uydurulmuşdur və onun əsasında, artıq yuxarıda qeyd etdiyim kimi, guya vaxtilə “dənizdəndənizə” geniş əraziləri əhatə etmiş olan uydurma “Böyük Ermənistan” dövlətini dirçəltmək ideyası durur. Bu “ideya”nın saxtalığı ondan aydın olur ki, özlərini az qala regionun “ən qədim xalqı”, “Nuh peyğəmbərin övladları” kimi qələmə verən erməni millətçilərinin ulu babaları hesab olunan qəbilələr, ümumiyyyətlə, Asiya qitəsinin yerli əhalisi deyillər, bu regiona köçüb gəlmədirlər. Bu həqiqətləri vaxtilə rus tarixçiləri də qələmə alıblar.
Məlumdur ki, rus diplomatı Qriboyedov İranda səfir olduğu dövrdə ermənilərin köçürülməsi ilə bağlı narahatçılığını ifadə edərək çara məktub yazıb. Həmin məktubda o, açıq şəkildə bildirir ki, ermənilər məskunlaşdıqları yerlərdə bir qədər yaşadıqdan sonra oranın onların atababa torpağı olduğunu iddia edirlər. Ermənilərin Cənubi Qafqaza gəlmə olmalarını sübut edən faktlar çar Rusiyası dövründə nəşr olunmuş ensiklo pediyalarda da öz əksini tapmışdır. Erməni siyasətçilərinin və onların “uzaqgörən” dövlət xadimlərinin “Böyük Ermənistan” pl anlarının son həlqəsi isə Qarabağ torpaqları ilə bağlıdır. İki əsrə yaxın bir zamanda aparılan siyasətin davamı kimi, azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik “Böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalıb.
Cəfərova Gülənbər
Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi