• Bz. Noy 24th, 2024

Millətin məhəbbətini qazanmış Ulu Öndər.

ByVuqar Ferzeliyev

Okt 4, 2024

Bəşəriyyətə mənsub olan ən böyük nemətlər sırasında tarixi şəxsiyyətlər həlledici yer tutur. Xalqların və bütövlükdə dünyanın tarixi dahi insanların ideyaları və fəaliyyətinin məhsuludur desək, yəqin ki, həqiqəti əks etdirmiş olarıq. Bir növ, tarix özü dahilərin fikirləri və bəşəri əməllərinin təcəssümü kimi çıxış edir. Azərbaycan xalqının taleyinə müxtəlif dövrlərdə müstəsna təsir göstərmiş dahi şəxsiyyətlər sırasında Heydər Əliyevin misilsiz yeri olduğu danılmaz həqiqətdir. Azərbaycan xalqının ümummilli lideri müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub. Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı, onun xilaskar və quruculuq missiyası ilə bilavasitə əlaqədardır. Azərbaycanın çoxəsrlik tarixində bu dövrün xüsusi yeri və rolu ayrıca qeyd olunmalıdır.Öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq Azərbaycanın həqiqi intibahı müasirləri olduğumuz dövrə təsadüf edir. Ötən əsrin 70-ci illərindən başlayan unikal inkişaf və yüksəlişdən tutmuş müstəqil Azərbaycan dövlətinin yaranmasınadək mahiyyət etibarilə əzəmətli epoxa məhz Heydər Əliyevin qurtuluş və quruculuq missiyasının məhsulu sayıla bilər. Heydər Əliyevin ölkənin müasir tarixində xidməti və həyata keçirdiyi missiyası sistemində özünü bürüzə verən əsas cəhətlərdən biri onun Azərbaycanın intibahının əsasını qoymasıdır. Həm də artıq qeyd edildiyi kimi, bu, sadəcə, ənənəvi həyat irəliliyişinin ardıcıllığı sistemindən irəli gələn adi inkişaf yox, keyfiyyət dəyişikliyinə gətirib çıxarmağa qadir olan sürətli yüksəlişdir. Əslində bu,         Heydər Əliyevin quruculuq missiyasının təntənəsi kimi müasir Azərbaycanın yaradılması deməkdir.
     Xilaskarlıq missiyası Heydər Əliyev şəxsiyyətinin gücünün və qətiyyətinin ifadəsi kimi özünü büruzə verir. Ulu öndərə xas olan gücün mənbəyi onun şəxsi keyfiyyətlərinə bağlı olduğu qədər də xalqdan qidalanırdı. Heydər Əliyevin xilaskarlıq missiyasının əsasında dayanan güc xalqın gücü, iradə isə xalqın iradəsi şəklində təzahür etməklə əzəmətli amilə çevrilirdi. Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası onun xilaskarlıq və quruculuq missiyasının kökündə dayanan ideyaların  praktik fəaliyyətə transformasiya edərək bu gün insanların davranışını stimullaşdırdığını sübuta yetirir. Xilaskarlıq missiyasının ortaya qoyduğu real müstəvidə inkişaf, quruculuq məfkurəsi müasir Azərbaycanın yüksəliş fəlsəfəsində özünü büruzə verir. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması, tarixi ədalətin bərpası, Azərbaycanın yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirməsi məhz Ulu Öndər Heydər Əliyev siyasətinin, Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin uğurlu strategiyasının təntənəsidir.


Sədafər Hüseynov
Saatlı Rayon Ağsaqqallar şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir