• Be. Yan 20th, 2025

Milli azadlıq hərəkatının zirvəsi

ByVuqar Ferzeliyev

Yan 20, 2025

       Biz hər il  Yanvarın 20-ni Ümumxalq hüzn günü kimi qeyd edirik. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir, həm də ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

        Keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildi və yaralandı.

        1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətindəki radikal ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi və  havadarlıgından hiddətlənərək Bakı  kucələrinə cıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi.

         Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terrorla günahsız insanın qətlə yetirilməsi,. yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi.

         1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımız azadlıq, müstəqillik qazanmasına yol açdılar. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin ruhu rahatlıq tapıb, rəşadətli Azərbaycan Ordusu onilliklər ərzində düşmənin işğalı altında qalan ərazilərimizi azad edib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

        20 Yanvar hadisələri Cəlilabadda da yaxşı xatırlanır, o vaxt rayonumuzun sakinləri qanlı faciəyə ilk olaraq münasibət göstərənlərin sırasında idilər. İmperiyanın cinayətlərinə qəti etiraz, sərhəd dirəklərinin uçurulması, indi də çoxlarının xatirindən silinməmişdir. Bu yolda öz şirin canını fəda edənlər də oldu.   

        Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız xalqımız azadlıq, müstəqillik qazanmasına yol açdılar. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.  Allah Vətənin istiqlaliyyəti uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət eləsin.

Səməd Rüstəmov,

Cəlilabad şəhər Mənzil İstismar Sahəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir