• Ça. Yan 13th, 2026

Möhtəşəm vəzifələr

ByVuqar Ferzeliyev

Yan 14, 2026

            Möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyildiyi kimi,  bu gün dünyada iqlim dəyişikliyi ilə bağlı narahatlıq var.

            Sosial-iqtisadi əhəmiyyəti nəzərə alınaraq, ölkənin su təhlükəsizliyinin təmin edilməsi hər zaman ölkə rəhbərliyinin  diqqət mərkəzinizdə olmuş, əvvəlki illərdə böyük ölçüdə işlər həyata keçirilmiş, ehtiyat tədbirləri görülmüşdür. Son 20 il ərzində görülən işlər, layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi.

             Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. “Taxtakörpü”, “Şəmkirçay”, “Tovuzçay”, “Göytəpə”, Naxçıvanda “Heydər Əliyev”, “Vayxır” su anbarları, Oğuz-Qəbələ-Bakı su kəməri inşa edilmiş, Samur-Abşeron su kəməri yenidən qurulmuş və əksər şəhər və rayon mərkəzləri içməli su və kanalizasiya xidmətləri ilə təchiz edilmişdir. Ölkənin ən böyük su anbarı olan Mingəçevir su anbarında 2020-ci ildəki 8 milyard kubmetr ilə müqayisədə 13 milyard kubmetrə yaxın su ehtiyatı toplanmışdır. Belə ki, bu su anbarı 2024-cü ildən etibarən çoxillik tənzimləmə rejiminə qaytarılmışdır.Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır, uçotu tam yaratmaqdır və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edək.     

             Proqram çox genişdir, çox konkretdir, təxminən 10 illik proqramdır, 2035-ci ilə qədər nəzərdə tutulur, Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır.

              Fikrimizcə, bu sənəd su ehtiyatlarının səmərəli istifadə edilməsinə, əhalinin dayanıqlı və keyfiyyətli içməli su və sanitariya xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xüsusi töhfə verəcəkdir.

                                                                                                          Faiq Məlikov,        

                               Cəlilabad Rayon İcra Hakimiyyəti  başçısının Cəlilabad  şəhər inzibati                        

                               ərazi dairəsi üzrə nümayəndəsi