Xalqımızın, millətimizin taleyində dahi şəxsiyyətlərimizin, siyasi liderlərimizin zəruri rolları mövcuddur. Elə həmin şəxsiyyətlər öz xilaskarlıq missiyalarını çətin şəraitlərdə olsalar belə tam uğurla gerçəkləşdirmiş, zamanın tələblərini nəzərə alaraq və obyektiv inkişaf tendensiyalarını zamanında dərk edərək xalqımızın milli maraqları bərpa etmiş, müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun beynəlxalq miqyasda xüsusi məqama malik olmasına şərait yaratmışdır. Xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev dahi bir lider kimi millətimizi öz ideya və nəzərləri ətrafında toplamış, böyük təcrübəsi ilə idarəçilikdə əhəmiyyətli uğurlar qazanmış, cəmiyyətimizin maraqlarını və mənafelərini mühafizə edərək xalqın yüksək etimadını qazanmışdır.
Ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı məhv etdi, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir tələblərə xidmət edən idarəçilik sistemi yaradıldı, vətəndaş birliyi bərpa olundu, iqtisadi tərəqqiyə yön verən qlobal layihələr gerçəkləşdirildi. Sevindirici haldır ki, bu gün ulu öndərimizin siyasi xətti dövlət başçısı tərəfindən uğurla davam etdirilir, Azərbaycan günü-gündən inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir, yeni-yeni uğurlara imza atır.
Görkəmli dövlət xadimi ulu öndər Heydər Əleyvin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdur.
Nicat Mütəllimov
Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı