• Şb. Noy 23rd, 2024

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq.

ByVuqar Ferzeliyev

Okt 29, 2024

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak etmişdir. Sözü gedən tədbirdə öz çıxışı zamanı Azərbaycanımızın xarici siyasətdəki fəaliyyətlərindən və uğurlarından danışan  ölkə rəhbərimiz söylədi ki, – “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib.Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.”

   Dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən olan COP29-un  Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə yekdil qərarla ölkəmizin ev sahibi seçilməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, desək bu, beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük hörmətinin və etimadının tam bir göstəricisidir.

Sədafər Hüseynov

Saatlı rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir