Məlum olduğu kimi, hazırda ölkənin elektrik enerjisinin 40 faizdən çoxu Mingəçevirdə istehsal olunur. Cənab İlham Əliyev bildirmişdir ki, “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirir və stansiyanın yaradılması, qısa müddət ərzində işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir.
Mingəçevir şəhəri İkinci dünya müharibəsindən sonra yaradılan gənc sənaye şəhəridir. 1945-ci ildə Mingəçevirdə, Kür çayı üzərində Su Elektrik Stansiyasının inşası başlanılır və bu stansiya 1954-cü ildə işə salınır. Sonradan burada su tutumu 16 milyard 300 milyon kubmetr olan Mingəçevir su anbarı istifadəyə verilir. Bundan başqa Mingəçevirdə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası fəaliyyət göstərir. 8 bloklu bu Stansiyanın ümumi gücü 2400 meqavatdır. Beləliklə, “Nur şəhəri” adlandırılan Mingəçevir ölkənin əsas enerji mərkəzinə çevrilir.
1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir;
Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində yanacaq sərfiyyatı əhəmiyyətli dərəcədə azaldılıb, faydalı iş əmsalı artırılıb və ətraf mühitə təsir minimuma endirilib. Bu baxımdan “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsi hesab olunur və ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcını simvolizə edir.
Ümumiyyətlə, deməyə borcluyuq ki, son beş ildə Prezident İlham Əliyev təkcə Qarabağın azad olunması və bərpası ilə kifayətlənmədi, ölkənin digər bölgələrini də diqqət mərkəzində saxladı. Bu, bir daha onu göstərdi ki, regional inkişaf balanslı şəkildə aparılır. Eyni qaydada, Prezident ölkənin müxtəlif bölgələrinə səfərlər etməklə, təkcə paytaxt və ya mərkəzi bölgələrə deyil, ümumilikdə ölkənin hər bir bucağına diqqət göstərildiyini nümayiş etdirir. Bu da artıq bir faktdır. Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikasının bütün bölgələrinin bərabər şəkildə inkişafına nə qədər böyük maraq göstərdiyini göstərir. O, ölkənin iqtisadi gücünü artırmağa qətiyyətlidir və diqqətini heç bir bölgəni ayrı-seçkilik etmədən, hətta çətinliklərə baxmayaraq, bu cür mühüm layihələrin icrasına yönəldir.
Lənkəran-Astara Regional Mədəniyyət
İdarəsinin Cəlilabad nümayəndəliyi