Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. İlk olaraq qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan bəyənatda tərəflərin öhdəlikləri öz əksini tapdı. Lakin buna baxmayaraq, Ermənistan bəyənatdan irəli gələn müddəaları yerinə yetirmək əvəzinə regionda gərginliyin yarnmasına rəvac verən addımlar atmağa başladı. Azərbaycan Prezidenti İlham Əliyevin sərt reaksiyası, həmçinin haqlı təzyiqi nəticəsində Ermənistan konstruktiv danışıqlar masasına yenidən oturduldu. Təbii ki, çıxılmaz vəziyyətdə qalan Ermənistanın manupilyasiya edərək məkrli planlarını həyata keçirmək üçün heç bir şansı qalmadı. Əvvəl Soçi görüşü daha sonra isə Brüssel görüşü önəmli məsələlərin müzakirə olunaraq razılığa gəlinməsində mühüm rol oynadı. Bildiyimiz kimi görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəfin müvəqqəti işçi qrupun yaradılması eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Artıq dəmir yolunun çəkilişinə tezliklə start veriləcəyi ilə bağlı Ermənistan tərəfi açıqlama verib. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yaydı.
Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb. Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, bütün bunlar Avropa İttifaqının təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir. Ümumilikdə Bürüssel görüşünü qiymtləndirərək qeyd etmək istərdim ki, Azərbaycan Ermənistanın üzərinə daha konkret öhdəliklər və onların icrası üçün məsuliyyəti qoya bildi. Döyüş meydanında olduğu kimi, siyasi meydanda da Ermənistan dalana sıxışdırıldı. Ölkə rəhbərinin dəqiq və çevik addımları nəticəsində Ermənistan region dövlətlərinin inkişafına və yeni yaranmış reallığa xələl gətirə bilməyəcək. Başqa sözlə ifadə etsək, Ermənistanın üzərinə düşən öhdəlikləri yerni yetirməkdən savayı çıxış yolu qalmamışdır. Erməni xalqı nəhayət, anlamalıdır ki, onun qurtuluşu və Ermənistan adlı simvolik dövlətin dünyanın siyasi xəritəsində mövcudluğu qonşu Türkiyə və Azərbaycana bağlıdır. Hər halda, son 30 ilin acı təcrübəsi, blokada rejimi bunu diktə edir. Qısası, bölgədə qarşılıqlı əlaqələr nə qədər tez bərpa olunsa, sərhədlər, kommunikasiyalar və səfirliklər nə qədər tez açılsa, bundan ən çox erməni xalqı, Ermənistan udacaq. Bunu az-çox məntiqini saxlayan ermənilər də anlayır.
Eyvaz Məmmədov