İlk yarımilin yekunlarına həsr olunan müşavirə bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf yolundadır və yeni zirvələrə doğru inamla irəliləyir. Prezident İlham Əliyev müşavirədə sosial-iqtisadi inkişaf, xarici siyasət və digər sahələrdə qazanılan uğurlardan konkret faktlar əsasında ətraflı danışaraq qarşıdakı hədəflərə çatmağın yolları ilə bağlı zəruri göstərişlərini verdi. Azərbaycanın Qoşulmama Hərəkatında fəal sədrliyi, İƏT çərçivəsində fəaliyyəti, Avropa İttifaqı ilə əməkdaşlığı fərəhli nəticələr verir.
Prezident deyib ki, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Böyük dövlətlərbu hüququ pozurlar və sonra da onu əsaslandırırlar.
Biz özümüzü, öz müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışıq.
Hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır biz o qədər də ayıracağıq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq.
Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz.Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Heç kim bizim iradəmizə təsir edə bilməz. Bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik.
Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir.Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizinmodernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək.
Əlizamin Əzizov,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının
Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi