Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri isə Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu bütün dünyaya göstərmək üçün ən əlverişli platformalardan biri kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin Sərgidə iştirakı hər zaman olduğu kimi yüksək səviyyəsi ilə yadda qaldı. Azərbaycanın iqtisadi tərəfdaşlarının sayının artması da bunun göstəricisidir. Prezident İlham Əliyevin çıxışında deyildiyi kimi, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq. Qaz təchizatımızötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql ediləcək. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq. Bunun üçün mənbələr var: “Şahdəniz” və “Abşeron”yataqları.Enerji səmərəliliyi və bərpaolunan enerji məsələsi sahəsində də bizim Avropa İttifaqı ilə dialoqumuz mövcuddur. Bunun nəticəsində biz elektrik enerjisinin istehsalı üçün qaza qənaət edəcəyik və həmin qazı artıq beynəlxalq bazarlara çıxaracağıq.
Dövlət başçısı deyib ki,Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Bu baxımdan Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.
Görüləcək işlər isə hələ çoxdur, TANAP və TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Bütün bunlar regionumuzun sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsi, xalqımız üçün firavan gələcəyin reallaşması deməkdir və bu gün biz dövlətimizin, onun başçısının bu sahədəki uğurlarını alqışlayırıq.
Elnur Azadxanov,
Cəlilkabad Rayon Mərkəzi Xəstəxanası
Publik Hüquqi Şəxsin direktoru