• Be. Noy 25th, 2024

Özbəkistanla qardaşlıq münasibətlərimizin tarixi zəngindir

ByVuqar Ferzeliyev

Avq 26, 2024

          Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri  bir daha onu göstərdi ki, iki ölkə  arasındakı münasibətlər hər iki dövlət başçısının yürütdükləri siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur. Səfər çərçivəsində imzalanmış sənədlər  mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır.

       Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycan-Özbəkistan münasibətlərinin də tarixi kökləri var, mədəni əlaqələrin tarixi çox qədimlərə gedib çıxır. Tarixi şəhərlər olan Səmərqənd, Buxara, Bakı, Gəncə, Şamaxı, Naxçıvan arasında güclü mədəni-iqtisadi əlaqələr olub. Orta əsrlərdə özbək mütəfəkkiri Əlişir Nəvainin Nizami Gəncəviyə xüsusi rəğbəti olub. Daha sonra Azərbaycan şairi Məhəmməd Füzulinin də Əlişir Nəvaidən ilhamlanaraq əsərlər yaratdığı qeyd olunur. Ötən əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılıb. Azərbaycanın məşhur “Arşın mal alan”, “Leyli və Məcnun” əsərləri dəfələrlə Özbəkistanın səhnələrində nümayiş etdirilib.

        Səfəri çərçivəsində səmərəli görüşlər təşkil olundu. Görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.

        Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb.

       Enerji sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər var. Enerji şirkətlərimiz sıx qarşılıqlı fəaliyyətdədir. Nəqliyyat-logistika sahəsində yük axınının artmasını və bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini müşahidə edirik.

        Səfər çərçivəsində imzalanan sənədlərdən biri Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir.Sözügedən fakt ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

Artıq əldə edilən nəticələr bizim gələcəklə bağlı düzgün yolda olduğumuzu göstərir. Bizim qarşılıqlı fəaliyyətimizin təməlini məhz nəhəng mədəni zəmin təşkil edir.

Ədalət Əsgərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir