• Ça. Avq 26th, 2025

Özbəkistanla sözdə yox, əməldə dostuq, qardaşıq

ByVuqar Ferzeliyev

Avq 25, 2025

        2025-ci il 22 avqust tarixində Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş keçirilib və bir sıra sənədlərin imzalanması mərasimi olub. Hər üç ölkənin lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər. 

        Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksəksəviyyəli görüşün yekunlarına dair bəyanatında deyildiyi kimi, bizim  üçün ən vacib, ən çətin məsələlərdə həmişə qardaşlarımız yanımızda olub. Bu gün də bu belədir.  

       Zirvə görüşü Azərbaycan və Özbəkistan arasında münasibətlərin strateji xarakter daşıdığını sübut etdi. Bu, sadəcə diplomatik görüş deyil, bölgənin gələcək inkişafına yönəlmiş fundamental qərarların qəbul edildiyi tarixi bir hadisə oldu. Prezident İlham Əliyev çıxışında Özbəkistanın uğurlarını yüksək dəyərləndirdi.

       Azərbaycan və Özbəkistan xalqları təkcə ortaq tarix deyil, həm də ortaq gələcək qurmaq niyyətindədirlər. Bizim bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmiş əməkdaşlıq formatı yaradılır. Özbəkistanın Qarabağa verdiyi töhfələr də diqqətəlayiqdir. Xankəndidə yaradılmış tikiş fabriki yüzlərlə insana iş imkanı yaradıb, Füzulidə tikilən məktəb isə gənc nəslin təhsilinə xidmət edir. Bu layihələr Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız siyasi deyil, həm də sosial-iqtisadi sferalarda dərin köklərə malik olduğunu göstərir. Görüşün ən mühüm nəticəsi üçtərəfli əməkdaşlıq formatının yaradılması barədə razılıq oldu. Bu format nəqliyyat, tranzit, enerji, elektroenergetika, neft-qaz və mədəniyyət sahələrini əhatə edəcək.

        Özbəkistanın inşa etdiyi tikiş fabriki Xankəndində fəaliyyət göstərir. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılmış böyük tikiş fabrikində hazırda iki yüzdən çox insan çalışır. Onların mütləq əksəriyyəti qadınlardır və bu fabrikin genişləndirilməsi nəticəsində orada işləyənlərin sayı bir neçə dəfə artacaq. Bu, Azərbaycana, dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Birinci hədiyyəni isə biz Qarabağın dirçəldilməsi istiqamətində atılmış addımlar arasında yenə də Şavkat təşəbbüsü ilə Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin timsalında gördük. O məktəbdə artıq orada yüzlərlə gənc qarabağlı oxuyur, hər dəfə o məktəbin yanından keçəndə həm qardaş özbək xalqına, həm də onun liderinə minnətdarlıq hisslərini ifadə edir.

Hikmət Qələmov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

 Zopun kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi