• Ça. Noy 26th, 2024

Postmüharibə dövrünün reallıqları

ByVuqar Ferzeliyev

May 3, 2024

        Bakıda Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın iştirakı ölkəmizin nüfuzunu, beynəlxalq səviyyədə önəmini bir daha təsdiq etdi. Bu tədbirin daha bir məqsədi bəşəriyyəti yenidən kəşf etmək, birgəyaşayışın yollarını tapmaq idi. Nəzərə alsaq ki, hazırda dünyada parçalanma baş verir və özünü həm qlobal, həm də cəmiyyətlər səviyyədə göstərir, bunu daim diqqət mərkəzində saxlamalıyıq.

         Artıq postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Sülhün, əməkdaşlığın carçısı olan Azərbaycan dövləti öz siyasi xəttində yeni reallıqların yaratdığı şəraitdən düzgün yararlanmaq və regionda sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatçısı olmaq arzusundadır. İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir. Bu məsələdə atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir.

         Azərbaycan xalqının bundan sonra müzəffər xalq kimi yaşayacağını bildirən Prezident İlham Əliyev Ağalı kəndindən olan sakinlərlə görüşdə gənclərin öz dədə-baba yurduna qayıtmağa çox həvəsli olduqlarını vurğuladı. Dedi ki, 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımız dövlətimizin gücü və qüdrəti sayəsində minalardan təmizlənir, kəndlər salınır, yollar çəkilir, bir sözə, insanların yaşayışı üçün əlverişli şərait yaradılır. Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında iştirak edərək təkcə regionda deyil, dünyada da sülh və təhlükəsizliyin qorunub saxlanmasına öz töhfəsini verib. Və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin cənablarının Ermənistanla aparılan sülh danışıqları prosesində ortaya qoyduğu dəyişməz, qətiyyətli mövqeyi bir daha göstərir ki, məğlub ölkə ilə yalnız məlum 5 prinsip əsasında hazırlanılan sazişə imza atılacaq.             

         Azərbaycan Prezidenti çıxışı zamanı Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildiyini və bununla da öz rolumuzu körpülərin salınmasında gördüyünü vurğulayıb. Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlər, eyni zamanda, coğrafi baxımdan Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi xatırladan dövlətimizin başçısı deyib: “Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır”.

       Elxan Xudaşlı,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir