• C. Dek 27th, 2024

Prezident İlham Əliyev yeni quruculuq mərhələsinin banisidir

ByVuqar Ferzeliyev

Dek 21, 2022

Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkələrindən biri olmaqla Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Dünyəvi, demokratik və hüquqi dövlət quruculuğunun bütün sahələrində böyük uğurlara imza atan Azərbaycan xalqının güzəranı gün-gündən yaxşılaşmaqda, yoxsul vətəndaşların sayı sürətlə azalmaqdadır. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu, xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirdi və bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi.

Tarixi baxımdan çox qısa bir zaman kəsiyində əldə edilən böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının yaradıcılıqla və uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu strategiyanın gerçəkliyə çevrilməsində Prezident İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.

      Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Prezident İlham Əliyev siyasi hakimiyyətinin ilk günündən ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti yeridib, Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə çalışıb.

      Hörmətli Prezident! Siz yüksək peşəkarlığınız və qazandığınız həyat təcrübəsi sayəsində Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz, xalqınızın rifahının və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasını təmin edirsiniz. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İsabala Qurbanov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

      Mikayıllı kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir