Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Prezidentin jurnalistin “Çinlə ABŞ arasında qarşılıqlı əlaqələri necə görürsünüz” sualına cavabı xüsusilə diqqət çəkib. Dövlət başçımız bildirib ki, Trampın ABŞ-ın 47-ci prezidenti kimi andiçmə mərasimindən əvvəl Çin və ABŞ prezidentləri dünyanın təhlükəsizliyi və inkişafı, dünya üçün çox yaxşı bir xəbər idi ki, Çin və ABŞ rəhbərləri yenidən təmasdadırlar.Dünyanın böyük iqtisadiyyatına malik iki ölkəsi arasında qarşılıqlı əlaqələr naminə necə əməkdaşlıq edə biləcəkləri barədə telefonla danışdılar.
ABŞ ilə münasibətlərimizdə yeni dövrün başlanması hər iki tərəfin marağındadır.Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və yenidən başlayacağıq.
Lakin Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin;
ABŞ-dakı dəyişikliklə bağlı narahat olmaq üçün ciddi səbəb yoxdur. Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Düşünürəm ki, dünya daha təhlükəsiz ola bilər. Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-ın ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi. Azərbaycana gəlincə, əminik və nikbin fikirdəyik.
Dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq. Ümidvarıq ki, bu sıx tərəfdaşlıq prosesi davam edəcək.
Xumarə Xəlilova,
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı