• Be. Fev 16th, 2026

Prezident İlham Əliyevin Serbiyaya səfəri əlaqələrimizin möhkəmlənməsinə töhfələr verəcək

ByVuqar Ferzeliyev

Fev 17, 2026
         Azərbaycan  Respublikasının  Prezidenti cənab  İlham Əliyevin Serbiyaya səfəri bütövlükdə Azərbaycanın gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinin göstəricisidir. Həmçinin iki ölkə arasında bir sıra mühüm sahələrdə kifayət qədər səmərəli əməkdaşlıq sistemi qurmaq mümkün olub. Bu gün Avropanın Azərbaycan karbohidrogen ehtiyatlarına çox böyük ehtiyacı var. Lakin daha çoxvektorlu əməkdaşlıq qurmaq potensialı mövcuddur. Bu da Azərbaycanla tərəfdaş olan ölkələrin diqqətindən yayınmır. Bu baxımdan Serbiya səfəri bütövlükdə Avropa müstəvisində Azərbaycana yeni əməkdaşlıq imkanları açacaq. Düşünürəm ki, xüsusən də hazırkı şərtlər daxilində bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün çox əhəmiyyətlidir.
           Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışıb. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Bunlar həm siyasi, həm iqtisadi, energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahəsində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır.
            Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu gün Azərbaycan beynəlxalq   aləmdə çox    böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. 
         Bəli, Dövlətimizin başçısının Serbiyaya səfəri əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfələr verəcək. Azərbaycan ilə Serbiya arasında strateji əməkdaşlıq potensialı böyükdür. İndi əsas vəzifə bu potensialı hərəkətə gətirmək, bu sahədə nəzərəçarpan uğurlar əldə etməkdir. İnanırıq ki, dövlətlərimiz və xalqlarımız bu imkan¬lardan maksimum yararlana biləcək.

                                                                                                   Zabil Əliyev,
                                                          Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar
                                                          İttifaqının Cəlilabad rayon komitəsinin sədri