• Ca. Yan 2nd, 2025

Prezident qəza ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdi

ByVuqar Ferzeliyev

Dek 30, 2024

       Bakıdan Qroznıya gedən sərinişin təyyarəsində baş verən hadisə faciədir. Bu faciə nəticəsində onlarla insan dünyasını dəyişdi. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılan kimi, dərhal geri – Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdi. Hələ Bakıya qayıdarkən onun göstərişilə Dövlət Komissiyası yaradılmışdı və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdi. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup  da Aktaua ezam edilmişdi.

       Dekabrın 29-da Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması səbəbləri ilə bağlı sual kimi qalan məsələləri açıqlayıb. Dövlətimizin başçısı bildirib: “Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Çünki onu da bildirməliyəm ki, bu, açıq-aydın faktı inkar etmək və burada gözdən pərdə asmaq cəhdləri həm cəfəngiyyatdır, həm də ağılsızlıqdır.

      Günahı etiraf etmək və vaxtında üzr istəmək vəzifəsi.
təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində,  Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki,itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır.

      Hadisənin ilkin məqamında müxtəlif fikirlər səslənildi. Çünki cəmiyyətə məlum olmayan informasiyalar nəticəsində cəmiyyətdə müxtəlif fərziyyələr, müxtəlif ehtimallar irəli sürülürdü. Təbii idi ki, ilkin şahidlərin dindirilməsi və təyyarədə olan izlər onu göstərir ki, təyyarə vurularaq texniki cəhətdən sıradan çıxarılmış və nəticədə qəza baş vermişdir. Bu hadisədən siyasi məqsədlər üçün istifadə edən qüvvələr də oldu. Ancaq dövlət başçımızın qənaətləri bəzi qaranlıq məsələlərə aydınlıq gətirdi.

Varid  Əsgərov,     

Cəlilabad RİH-nin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir