• Ca. Yan 2nd, 2025

Prezidentimiz İlham Əliyev el qədrini biləndi

ByVuqar Ferzeliyev

Dek 30, 2024

Dekabrın 25-də AZAL-a məxsus olan və Bakı-Qroznı reysini həyata keçirən təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi etməsi və nəticədə 38 nəfər insanın həlak olması nəinki Azərbaycan ictimaiyyətinin, eləcə də dünyanın digər sülhsevər insanlarının dərin kədərinə səbəb olmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev Sankt-Peterburqa etdiyi səfəri zamanı bu acı xəbəri eşitmiş, ölkəyə qayıtmış və təcili iclas çağırılaraq, dövlət komitəsi yaradılmışdır. Hadisənin baş vermə səbəblərinin hərtərəfli araşdırılması üçün lazımi tədbirlər görülmüşdür. Artıq qəzanın baş verməsinin müəyyən səbəbləri aydındır və beynəlxalq tədqiqatçıların iştirakı ilə digər araşdırmalar da aparılır və qaranlıq qalan məqamlara mütləq aydınlıq gətiriləcəkdir.
       Bizi maraqlandıran başlıca cəhət isə faciədə həlak olan vətəndaşlarımıza olan dövlət qayğısıdır. Dövlətimizin rəhbərinin qəhrəman aviasiya işçilərimizin təlıtif olunması haqqında Sərəncamı hər sahədə olduğu kimi, burada da onun siyasi iradəsinin, öz xalqına və hər bir vətəndaşa sonsuz məhəbbətinin ifadəsidir.
         Azərbaycan Prezidenti öz ifadələrində beynəlxalq hüquqa, haqqa, ədalətə əsaslanır və bizim mənafelərimizin qorunmasında qətiyyətlidir. Bu, xalqa məhəbbətdən, vətənə hörmətdən, insana sədaqətdən irəli gəlir. Azərbaycan Prezidentinin, Birinci Xanım Mehriban Əliyevanın pilotlarımızın dəfnində iştirak etmələri, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı vermələri, dərdlərinə şərik olmaları, İqor Kşinyakın, Aleksandr Kalyaninovun və Hökümə Əliyevanın Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmələri bu qayğının, sədaqətin və məhəbbətin nümunəsidir. Cənab İlham Əliyevin qəza hadisəsi ilə əlaqədar nümayiş etdirdiyi qətiyyət və uzaqgörənlik həm də, səbr və təmkin dünyaya bir daha göstərdi ki, Azərbaycan rəhbəri və xalqı bütün hallarda sözünü deməyə, haqqı sübut etməyə, mübarizəni aparmağa və dövləti xoşbəxt günlərə qovuşdurmağa qadirdir.
       Cənab Prezident, insanlara göstərdiyiniz diqqət və qayğı heç bir zaman unudulmayacaq. Sizin siyasi uzaqgörənlik və müdrikliklə qarşıya qoyduğunuz hədəflər Azərbaycanın inkişafı, bu günü və gələcəyi üçün son dərəcə mühümdür. Biz o hədəflərə doğru inamla gedirik və gedəcəyik. Çünki Azərbaycan vətəndaşları Sizinlə gedilən yolun mütləq işıqlı sabahlara açıldığına əmindirlər. Buna görə səmimi qəlbdən təşəkkür edirik!

                                                                                                               Sadiq Şahbazov,
                                                                                            Cəlilabad RİH-nin  əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir