• Ca. Yan 2nd, 2025

Prezidentimiz təyyarə qəzası ilə bağlı mövqeyini
növbəti dəfə təsdiqlədi

ByVuqar Ferzeliyev

Dek 30, 2024

Xəbər verildiyi kimi, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir.
        Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
     Qeyd edək ki, 2024-cü ilin son günlərində baş verən bu kədərli hadisə hamımızı sarsıtsa da, bir sıra mühüm məqamları bir daha təsdiq etmiş oldu: “Bu hadisə bir daha sübut etdi ki, bizim yerdə Vətənimizin hər qarışını göz bəbəyi kimi qoruyan qəhrəmanlarımızla bərabər, səmaya hökm edən, başqalarının sağ qalması naminə, sevə-sevə ölümə doğru gedən şahinlərimiz, igid oğullarımız, qızlarımız var.
       Tam başa çatmamış araşdırmalar sübut etdi ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi kənar müdaxilə nəticəsində qəzaya uğrayıb. Lakin həmin müdaxilə bəzilərinin sadəlövhcəsinə bəhs etdiyi nə quş sürüsü, nə dumanlı hava şəraiti, nə də oksigen balonun partlamasıdır. Dövlət başçısı vurğulayıb ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər və addımlar idi. Təyyarə vurulduqdan sonra ona nə Qroznıda, nə də Qroznıya yaxın digər Rusiya şəhərlərinin hava limanlarında eniş etməyə icazə verilməsi, daha uzaq Aktauya istiqamətləndirilməsi təəssüf doğuran məqamdır. Axı dünyada beynəlxalq humanitar hüquq deyilən bir anlayış var və bütün ölkələr qeyd-şərtsiz həmin hüquqa riayət etməlidir və edirlər.
         Hadisə zamanı qəhrəmanlıq nümunəsi göstərərək həlak olmuş insanların Azərbaycan Prezidenti tərəfindən təltif edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sözün tam mənasında humanizminin, müstəqil və çox doğru daxili və xarici siyasət yeritdiyinin, vətəndaşlarının yanında olmasının əyani göstəricisidir. Bu, Prezidentin hadisə ilə bağlı tutduğu prinspial mövqe onun üçün milli maraqlarımızın hər şeydən yüksək olduğunu növbəti dəfə təsdiq etdi. Bunun üçün cənab Prezidentə ən səmimi təşəkkürümüzü bildiririk.
                                                                                                             Aydın Hüseynov,
                                                                                                            Siyasi şərhçi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir