• Ca. Yan 2nd, 2025

Qəhrəmanlıq səhifələrimiz unudulmayacaq

ByVuqar Ferzeliyev

Dek 30, 2024

     Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında” Sərəncamını böyük rəğbət və razılıq hissi ilə qarşıladım. Hörmətli Prezidentimizin öz xalqına məhəbbətini bir daha şahidi oldum. Vətənimizin sadiq övladları Kşinyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç, Əliyeva Hökumə Cəlil qızı, Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı bu fəxri adlara və Vətənin mükafatlarına sözün əsl mənasında layiqdirlər.
        Dövlətimizin başçısı bildirib: Əlbəttə, son versiya qara qutular açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnməsinin bir daha şahidi oldum.
        Baxmayaraq ki, qurbanlar vermişik, amma bu hadisə xalqımızın qəhrəmanlıq tarixində yeni bir şərəfli səhifəyə çevrild. Bəlkə də tarixdə ilk dəfə olaraq özünü superdövlət hesab edən Rusiya hansısa başqa bir dövlətdən rəsmi qaydada üzr istəməli oldu. Halbuki, 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski və xanımı Mariya Kaçinskinin də olduğu təyyarə Smolensk-Severnı aerodromunda müəmmalı şəkildə qəzaya uğramışdı. Prezident və Polşanın ali dövlət strukturlarının rəhbərləri də daxil olmaqla təyyarədə olan 96 nəfərin hamısı ölmüşdü. Lakin o zaman istintaq araşdırmaları qəzanın kənar müdaxilə səbindən baş veriyini sübut etsə də, Rusiya Polşadan nə üzr istəmişdi, nə də konpensasiya ödəmişdi.
       Bunlar tarixdir. Amma əsl tarixə qiyməti Prezident İlham Əliyev verdi. Və onun imzaladığı Sərəncam tarixə qəzıl səhifə kimi yazıldı. 
        Əziz Prezidentimiz! Qəhrəmanlarımıza göstərdiyiniz diqqət və qayğı bizi ruhlandıraraq gələcəyə daha sevgi və inamla addımlamağa, daha da güclü olmağa stimul verir. El-obamız adından diqqətinizə görə dərindən təşəkkür edirik.
                                                                                                          Hafiz Əliyev,
                                                    Cəlilabad Rayon İcra Hakimiyyəti  başçısının            
                                                   Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir