• Bz. Noy 24th, 2024

Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır

ByVuqar Ferzeliyev

Sen 27, 2024

Vll çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Respublikasını Prezidenti cənab İlham Əliyev əldə etdiyimiz uğurların və önümüzdə duran hədəflərin geniş təhlilini verdi. Dövlətimizin qarşıdakı illərdə ən başlıca vəzifəsi müdafiə qabiliyyətimizin və milli təhlükəsizliyimizin yüksək səviyyədə qorunması və sərhədlərimizin daha da möhkəmləndirilməsidir.Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində əldə etdiyimiz uğurlar hələ də anti-Azərbaycan və antimilli qüvvələr tərəfindən həzm edilmir. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ona daxil olan bir sıra ölkələr, Fransa, Hindistan Ermənistanı sürətlə silahlandırır və vandal ölkədə revanşızmi stimullaşdırırlar. Bununla kifayətlənməyən və erməni diasporunun təsiri altında olan ABŞ Konqresi, Fransanın hakim dairələri və Kanadanın Xarici İşlər Nazirliyi son vaxtlar Azərbaycana qarşı ədalətsiz hücumlarını genişləndirməkdədir. Bütün bu və buna bənzər amilləri önə çəkən Prezident İlham Əliyev müdafiə qabiliyyətimizin gücləndirilməsinə xüsusi diqqət göstərməyi vacib hesab etdi. Ölkə başçısı söyləmişdir ki, “Bizim Qələbəmizi həzm edə bilməyən bəzi xarici dairələr bizə qarşı yeni planlar hazırlayırlar. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”.44 günlük Vətən müharibəsində olduğu kimi, qarşıdakı illərdə də xalqımız dövlətimizlə, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə birgə olmalı, milli həmrəyliyimizi qoruyub saxlamalı və ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar dövlətçilik və milli maraqlar ətrafında sıx birləşməlidirlər.Erməni faşistləri üzərində qazanılan tarixi Qələbəmizdə və separatçı xunta rejiminin tamamilə darmadağın edilməsində olduğu kimi, bundan sonra da revanşist qüvvələrin baş qaldırmasına imkan verməmək düşüncəsi ölkəmizdə səfərbəredici rol oynamalıdır.Fərəcov NazimSaatlı Dövlət Rəsm Qalereyasının bərpaçı rəssamı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir