• Ç. Dek 25th, 2024

Qərbi Azərbaycana Qayıdış uzaqda deyil

ByVuqar Ferzeliyev

Dek 27, 2022

            Bütün Azərbaycan xalqı, milli mənsubiyyətindən asılı olmayaraq, bütün övladlarımız bir yumruq kimi birləşərək düşməni məğlub edib, torpaqlarımızı işğaldan azad ediblər. Bu isə böyük tarixi hadisədir, Azərbaycan tarixində buna bənzər parlaq qələbə olmamışdır, dövlətimiz bütün dünyaya öz gücünü, nəyə qabil olduğunu nümayiş etdirmişdir.

      Ermənilərsə yalan, böhtan  və iftiralarla dolu şaiyə xarakterli məlumatlarını günümüzdə də tətbiq etməyə cəhd göstərirlər. Bu gün erməni mətbuatı Qarabağda Azərbaycan ordusunun apardığı uğurlu əməliyyatlara kölgə salmaq və qonşu dövlətləri yanlış mövqelərə cəlb etmək səyləri göstərir, Ermənistanı haqlı, Azərbaycan dövlətini isə haqsız çıxarmağa çalışır. Ermənilər sübutsuz yalanlar tirajlayır və böyük dövlətləri Azərbaycanın üzərinə qaldırmağa cəhd göstərirlər. Məqsəd isə bəllidir.

 Dövlətimizin başçısı may ayında Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində isə belə söyləmişdir: “1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. Çünki Zəngəzurun şərqində də, qərbində də Azərbaycan xalqı əsrlər boyu yaşamışdır və indiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi”. Bu fikirlər bir daha sübut edir ki, Qərbi Azərbaycan mövzusu daim diqqətdədir .

      Yəni biz hər zaman həqiqəti deyir. Təcavüzkar dövlət əzəli torpaqlarımızda  hər şeyi yerlə yeksan etmişdir. Zəbt edilmiş ərazilərdəki çoxəsrlik abidələrə qəddar münasibət beynəlxalq hüquq normalarına və beynəxalq konvensiyalara tamamilə ziddir. Bu sənədlərə əsasən, işğalçı ölkə Azərbaycan ərazilərində törədilən vandalizm aktlarına görə birbaşa hüquqi məsuliyyət daşıyır. Humanitar təşkilatlar, ölkəmizdə yaşayan dini icmaların üzvləri bəşəri mahiyyətli tarixi abidələrin məhv edilməsinə yönəlmiş cinayət əməllərini qətiyyətlə pisləyir və beynəlxalq ictimaiyyəti buna laqeyd qalmamağa çağırır. Bu, hər bir Azərbaycan vətəndaşının tarix qarşısında vicdani borcudur.

       Prezident İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə dekabrın 24-də keçirdiyi görüşdə demişdir ki, Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu, sülhsevər konsepsiya olmalıdır. Bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır.

Günay İbadova,

Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir