• Ç. Dek 25th, 2024

Qəti siyasi iradə və prinsipial mövqe

ByVuqar Ferzeliyev

Dek 27, 2022

1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi – İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, xəyanət və cinayət idi. Bunu hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir.

          Biz heç vaxt tariximizi təhrif etməməliyik. 1920-ci ildə Sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi, məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, bu qərar Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi. Ardınca,  1948-1953-cü illərdə xalqımızın deportasiyası sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı növbəti cinayəti idi.

Cənab İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan icmasının üzvləri ilə keçirdiyi görüşdə tarixi tapşırığının əsasında məhz bu amil dayanır: “Təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir. Ancaq, o,  sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu. İki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa et­dik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıla­rı aradan qaldırırıq və dünyaya göstər­məyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır”.

Prezident İlham Iliyev bu il aprelin 22-də  Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında demişdir:  “Azərbaycan xalqına qarşı edilən haqsızlıqlar haqqında biz beynəlxalq ictimaiyyəti mütləq məlumatlandırmalıyıq. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi. 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi də tarixi faktdır.  Cənab Prezident bu gün tələb edir ki,  hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan.

Prezidentin tapşırığına əsasən müxtəlif tədbirlər, sərgilər, təqdimatlar, konfranslar keçirilməlidir. Əsas məsələ ondadır ki, inamımızı itirməyək. 11 il öncə öz ad günündə Ağcabədidə məcburi köçkünlərlə bir yerdə olanda Prezident İlham Əliyev demişdir: “Gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm. Buna görə də Qərbi azərbaycanlılar heç vaxt inamı itirməməlidir. Gün gələcək, biz Qərbi Azərbaycanda da gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.

Abdul Rzayev,

Cəlilabad şəhər 9 nömrəli

tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir