Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında ənənəvi olaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyev geniş, əhatəli bir nitq ilə çıxış etdi. Prezident hesabat dövrü ərzində Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində əldə edilmiş uğurlara və qarşıda dayanan vəzifələrə xüsusi diqqət ayırdı.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdəndir. Bu sırada Prezidentimizin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu isə ölkəmizin həmin işdə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Dövlətimizin başçısı qeyd etdi ki, hər zaman olduğu kimi, biz Məşvərət Şurasının illik iclasında ötən iclasdan bəri görülmüş işləri nəzərdən keçirir, enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatı sahələrində əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ilə bağlı gələcək birgə addımlarımızı planlaşdırırıq.
Yaşıl enerji təşəbbüsün həyata keçirilməsinə dair mühüm məsələlərin indi birlikdə müzakirə yolu ilə həll etməyin nə dərəcədə vacib olduğunu indi daha aydın şəkildə anlayırıq.
Xüsusilə son 12 ilə nəzər saldıqda müxtəlif ssenarilərin, çətinliklərin, mürəkkəbliklərin və problemlərin şahidi oluruq. Lakin bütün bu çətinliklərə və regionumuzda yaşanan olduqca ağır dövrlərə baxmayaraq, Azərbaycan və tərəfdaşları tərəfindən bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunması həqiqətən də gündəlik həyatımızda hiss etdiyimiz reallığa çevrilmişdir. Ötən il Bakıda sonuncu görüşümüzdən bəri görülən işlərə nəzər yetirdikdə yenə də irəliləyişin şahidi oluruq. Hər dəfə biz məhz irəliləyişdən danışırıq.
Azərbaycanın enerji sektorundakı mühüm hadisələrdən biri 2025-ci il iyununda rəsmi açılış mərasimi keçirilən “8 Noyabr” Elektrik Stansiyasıdır. Mingəçevirdə yerləşən və ümumi gücü 1880 MVt olan bu stansiya Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri elektrik enerjisi istehsal müəssisəsi kimi ölkənin enerji tarixində xüsusi yer tutur. Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsində deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayacaq.
Aydın Hüseynov,
Siyasi şərhçi
