• Ça. Noy 26th, 2024

Qarabağ bərpa olunur, yeni həyata qovuşur

ByVuqar Ferzeliyev

İyn 25, 2023

         Prezident İlham Əliyevin cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxışıbu cəhətdənçox dərin məna kəsb etmişdir. Ölkəmizin Lideri qeyd etmişdir ki, uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Ölkəmizin artan gəlirlərini nəzərə alaraq, dövlət büdcəsinə əlavələr edilmişdir.

        Əsas məqsəd Qarabağın dirçəldilməsindən ibarətdir. Qarabağın iqtisadi potensialı genişdir. Təbii ehtiyatlarına görə Azərbaycanın seçilən bölgələrindən olan Qaraabağ qızıl, mis və digər faydalı qazıntı yataqlarının olması bu rayonun sənaye məhsullarının istehsal potensialını xeyli artırır. Qarabağda təkcə sənaye üçün deyil, həm də kənd təsərrüfatının inkişafı üçün əlverişli imkanlar var. Hələ işğaldan əvvəlki dövrlərdə bu rayonlarda heyvandarlıq, o cümlədən aqrar sektor inkişaf edərək iqtisadiyyatda xüsusi paya malik olub. Ona görə də buranı kənd təsərrüfatı baxımından da vacib rayonlardan birinə çevirmək olar. Qarabağın təbiəti kifayət qədər cəlbedicidir. Bu rayonda həm qış, həm də yay turizmi üçün imkanlar var. Dini, mədəni, hətta müalicəvi turizm imkanlarının mövcudluğu bu bölgənin turizm potesialının geniş olmasından xəbər verir.

        Prezident İlham Əliyev Qarabağa səfərləri zamanı bir çox mühüm layihələrin təməlini qoyub. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanılıb. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə  fərdi evlərin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq.

         Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, həmçinin turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

        Erməni qəsbkarlarının tamamilə dağıtdığı Qarabağ bu gün yenidən qurulmaqla ona qovuşmaq arzusunda olan sakinlərinin görüşünə hazırlaşır. Dövlətimizin maliyyə dayanıqlığı, görülən işlərin sürəti köçkünlərin tezliklə öz doğma yurdlarına qayıdacağına təminat verir.Biz ermənilərin viran qoyduğu bu torpaqlara çox qısa zamanda yenidən həyat verəcəyik. Azərbaycanın səfalı məkanlarından olan Qarabağ tezliklə yenidən qurulacaq, bərpa ediləcək. Çox tezliklə burada tikilən evləri bu torpağın əsl sahibi olan Azərbaycan ailəsinin ocağı qızdıracaq. 30 il əvvəl olduğu kimi, yenə də bu torpaq üzərində Azərbaycan körpəsi böyüyəcək, bu torpağı onu bərəkətli edən, sevgisini ondan əsirgəməyən zəhmətkeş Azərbaycan kəndlisinin alın təri isladacaq.

Nizami Hüseynov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir