• C. Noy 29th, 2024

Qardaşlıq əlaqələrinin parlaq təzahürü

ByVuqar Ferzeliyev

Fev 21, 2024

Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. Dostluq və qardaşlıq bağlarına sədaqətin ən parlaq nümunələrindən birini prezident seçkilərindən sonra dövlət başçılarının Türkiyə liderinin Azərbaycana, Azərbaycan liderinin isə Türkiyəyə ilk rəsmi xarici səfərləri adlandırmaq olar. Fevralın 7-də keçirilən tarixi seçkilərdən sonra da Prezident İlham Əliyev ilk xarici səfərini qardaş Türkiyəyə etdi. Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri zamanı mətbuat üçün bəyanatında bunun təbii və bir ənənə olduğunu diqqətə çatdırdı.

Prezident qeyd edib ki, planetin ən qüdrətli dövlətlərindən olan Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Təkcə regionda deyil, planetin müxtəlif yerlərində münaqişələrin baş verdiyi, gərginliyin müşahidə olunduğu yerlərdə sülhün bərqərar olması baxımından Türkiyə dövlətinin rolu xüsusi vurğulanmalıdır. Qardaş ölkə sabitliyin, təhlükəsizliyin və ədalətin təmin olunmasına xidmət edir.

Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir.Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.

Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər tükənməz potensiala malikdir. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə meydana çıxır.

Təəssüflər olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü olmuşdur və bu gün də bu, davam etməkdədir. Ermənilər Türkiyə və Azərbaycanı hər zaman özlərinə düşmən biliblər. Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Müharibədən əvvəl Ermənistan prezidenti Sevr müqaviləsinə yenidən baxılmalıdır deyirdi. Yəni, Türkiyəyə ərazi iddiası edirdi. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bu fikirdən əl çəkməlidirlər ki, regiondakı inkişafın tərkib hissəsi ola bilsinlər və Türkiyə Ermənistanla olan sərhədləri açmaqla əlaqələri normallaşdıra bilsin. Əlbəttə ki, bunun nə vaxt baş tutacağına Türkiyə qərar verəcək. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir. Ermənilər ağıllarını başlarına yığmalıdırlar. Türkiyə kimi lider ölkəyə ərazi iddiaları irəli sürmək isə özünəqəsddir.

İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq. Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərion keçirilməsi hərbi gücümüzün artmasına dəlalət edir.

Abbas Zülfüqarov,

Cəlilabad Rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir