• Bz. İyn 1st, 2025

Qardaşlıq tellərini daha da möhkəmləndirəcəyik

ByVuqar Ferzeliyev

May 30, 2025

Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu baxımdan mayın 28-də füsunkar Laçında baş tutmuş Zirvə görüşü tarixi hadisəyə çevirdi. Öncə qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda Səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir. Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın təcavüzünü daim pisləmişdir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşlərində vurğuladığı kimi, Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Eyni sözləri qardaş Türkiyə barəsində də söyləmək olar. Vətən Müharibəsi zamanı da bütün dünya Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikaların gücünü gördü. Türkiyə istehsalı olan müdafiə sistemlərindən, pilotsuz uçuş aparatlarından hərbiçilərimiz məharətlə istifadə etdi və bu, müharibədə böyük üstünlüyümüzə səbəb oldu. Türkiyə Respublikası ilə yeni müqavilələr imzalanmış, Bu,bir xalq kimi gücümüzü daha da gücləndirəcək, ölkəmizin dünya birliyində mövqeləri möhkəmlənəcək, beynəlxalq siyasi-iqtisadi əlaqələrimiz daha da genişlənəcəkdir. Bir sözlə, hər üç ölkənin iqtisadiyyatın, mədəniyyəti, hərbi doktrina və digər sahələrdəki zəngin təcrübəsi bizim üçün çox önəmlidir. Azərbaycanı və Türkiyəni birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bir vətəndaş kimi İki qardaş xalqın uğurlarına qəlbən seviniri, dostluğumuzla və dərin qarşılıqlı əlaqələrimizdən iftixar duyuruq. Türkiyə, Pakistan və Azərbaycan vətəndaşlarının bir-birinə daha sıx bağlı olması önəmli cəhətlərdir. Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hər birimiz dostluq və qardaşlıq tellərini möhkəmləndirməkdən ötrü səylərimizi əsirgəməməliyik. Laçında keçirilən Zirvə görüşü həm də Ermənistanı revanşizmə qızışdıranlar üçün əla cavab oldu. Arif Nəcəfov,Cəlilabad rayon Statistika İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir