• C. Okt 18th, 2024

Qarşılıqlı əlaqələr müsbət istiqamətdə inkişaf edir

ByVuqar Ferzeliyev

Okt 14, 2024

        Azərbaycanın qonşu dövlətlərlə münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətləri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik. Prezident İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada MDB liderləri ilə görüşdə qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşdular. Rusiya Prezidentinin avqust ayında Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi.

       Şübhəsiz ki, Azərbaycanla Rusiya arasında münasibətlər heç də hər zaman hamar olmayıb. Amma indiki dönəmdə qonşu dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu dövlətlərlə əməkdaşlığa verilən önəm özünü aydın şəkildə nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfəri də iki ölkə arasında əlaqələrinin tarixində növbəti uğurlu səhifə kimi qəbul oluna bilər. Təbii ki, qarşılıqlı səfərlər gündəlikdə əksini tapan məsələlərin müzakirəsinə, ümumi mövqeyin ortaya qoyulmasına imkanlar yaradır.

         Dövlətimizin başçısı İlham Əliyev görüşdəki çıxışında bu məqama xüsusi diqqət yönəldib ki, ölkəmiz tam iqtisadi müstəqilliyə nail olub. Bu da müstəqil xarici siyasət kursunu aparmaq üçün mühüm amildir. Azərbaycanın xarici siyasət uğurları davamlıdır. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasəti ona daim uğurlar qazandırır. Azərbaycanın ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin yüksələn xətt üzrə inkişafı reallıqdır. Bunu qarşılıqlı səfərlər, hər bir ölkənin malik olduğu imkanlara söykənərək yeni prioritetlərin müəyyənləşdirilməsinə və əlaqələrin genişlənməsinə xidmət edən sənədlər də təsdiqləyir. Təkcə cari il çərçivəsində qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirsək, Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranar.

       Bir məqamı da qeyd edək ki, Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Budəfəki Moskva görüşü də göstərdi ki, Rusiya tərəfi Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması üçün səy göstərir.

Arif Nəcəfov,

Cəlilabad rayon Statistika İdarəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir