• C. Noy 29th, 2024

Qarşılıqlı hörmət və maraqlar əsasında əməkdaşlıq

ByVuqar Ferzeliyev

Fev 21, 2024

Azərbaycan və Türkiyə arasında iqtisadi və mədəni münasibətlər tükənməz potensiala malikdir. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə meydana çıxır. Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərində bütün görüşlər və mərasimlər həmin ruhda keçdi.

Prezidentin bəyanatında Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, iki dövlət olsaq da, bir millət olduğumuzu bir daha həm azərbaycanlı qardaşlarımıza, həm də bütün dünyaya göstərdik. Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın iqtisadi inkişafı üçün güclü baza formalaşıb. Biz hər zaman qardaş Türkiyəni yanımızda görürük. Türkiyənin dünya miqyasında tanınmış siyası lideri Rəcəb Tayib Ərdoğan dəfələrlə ən yüksək beynəlxalq tribunalardan “Azərbaycan tək deyildir” bəyanatını səsləndirmişdir.

Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərion keçirilməsi hərbi gücümüzün artmasına dəlalət edir. İnanırıq ki, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanlarından bütün region faydalanacaq. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq. Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərion keçirilməsi hərbi gücümüzün artmasına dəlalət edir.

Bir sözlə, Türkiyənin iqtisadiyyatın, mədəniyyəti, hərbi doktrina və digər sahələrdəki zəngin təcrübəsi bizim üçün çox önəmlidir. Azərbaycanı və Türkiyəni birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti humanitar əlaqələrdir. Bu kontekstdə Ankarada Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunun imzalanması diqqətəlayiqdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, gələcəyə yönəlmiş təşəbbüsdür: “Çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır, bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır, yad təsirdən uzaq olmalıdır, bilikli, savadlı vətənpərvər insanlar olmalıdır.

Bir vətəndaş kimi İki qardaş xalqın uğurlarına qəlbən sevinir, dostluğumuzla və dərin qarşılıqlı əlaqələrimizdən iftixar duyuruq. Türkiyə və Azərbaycan vətəndaşlarının bir-birinə daha sıx bağlı olması önəmli cəhətlərdir. Gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hər birimiz dostluq və qardaşlıq tellərini möhkəmləndirməkdən ötrü səylərimizi əsirgəməməliyik.

Rafiq Abdullayev,

Cəlilabad rayon Suvarma Sistemlər İdarəsinin mühəndisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir