• Ç. Noy 27th, 2024

Qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlıq

ByVuqar Ferzeliyev

Fev 6, 2023

     Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Prezident İlham Əliyevin cari ilin 2 fevral tarixində Rumıniya Prezidenti KlausYohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatında deyildiyi kimi, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır.

       Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayan ilk Avropa İttifaqı ölkəsidir. Qafqaz bölgəsi həm Rumıniya, həm Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir.

        Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycan Prezidenti İlham Əliyevlə fevralın 2-də geniş tərkibdə görüşü, görüş zamanı hər iki ölkə rəhbərlərinin birgə mətbuata bəyanatı bir daha Rumıniya və Azərbaycan arasında uzun illər ərzində əlaqələrin strateji tərəfdaşlıq əsasında inkişaf etdirildiyini göstərir. “Bizim demək olar ki, uzun müzakirəmiz oldu. Lakin hesab edirəm ki, bu, mütləq şəkildə zəruri idi. Hər ikimiz tərəfdaşlığımızı daha da gücləndirmək əzmindəyik və daha yaxşı nəticələr əldə etmək istəyirik. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır», – deyə Rumıniya Prezidenti Klaus Yohannis bildirib.

Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın neft şirkəti SOCAR uzun illərdir Rumıniyada fəaliyyət göstərir və burada şirkətin 70-dən çox yanacaqdoldurma stansiyası, bir neçə yanacaq deposu mövcuddur. Ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.

Bəli, bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır.

Nazim Əsgərov,

Cəlilabad rayon Alar kənd 1 nömrəli tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir