• Ca. Noy 28th, 2024

Qaz ixracında əsas hədəf qlobal mahiyyət daşıyır

ByVuqar Ferzeliyev

Fev 6, 2023

        Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin sayca 9-cu görüşü fevralın 3-də Bakıda baş tutdu. Azərbaycan  paytaxtı artıq doqquzuncu dəfədir ki, bu tədbirə ev sahibliyi edir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılması ideyasının müəllifi Azərbaycan Prezidentidir. Bu, sayca indiyədək keçirilən tədbirlər arasında ən böyüyüdür. Belə tədbirlərin keçirməkdə məqsəd Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində il ərzində atılan addımlara qiymət vermək, onları təhlil etmək, əldə edilmiş uğurları vurğulamaq, eyni zamanda qarşıda dayanan vəzifələri müəyyən etmək, bütün bu işlərin koordinasiyasını həyata keçirməkdir.

     Ənənəvi olaraq bu tədbirdə Prezident İlham Əliyev geniş, əhatəli bir nitq ilə çıxış etdi. Prezident keçən il ərzində Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində əldə edilmiş uğurlara və qarşıda dayanan vəzifələrə xüsusi diqqət ayırdı.

        Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edən ölkələrdəndir.  Bu sırada Prezidentimizin  təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu isə ölkəmizin həmin işdə ölkəmizin  aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

          Biz yaxşı bilirik ki,  Azərbaycanın isbat edilmiş qaz ehtiyatı məlumdur: 2,6 trilyon kubmetr. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetrə qədər yüksələcək və bu da imkan verəcək ki, Azərbaycan regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə versin. Azərbaycanın enerji siyasəti regionda sülhə, təhlükəsizliyə, əmin amanlığa, əhalinin yüksək rifahının təmin olunmasına xidmət edir. Bu siyasət gələcəkdə də davam edəcək. Bu, bir daha göstərir ki, Azərbaycan böyük neft və qaz yataqlarına malik olmaqla yanaşı, elektrik enerjisi ixracı sahəsində də öz sözünü deyir.

       Toplantıda cənab Prezidentin toxunduğu əsas məqamlardan biri odur ki, Azərbaycan qaz ixracatçısı olaraq heç vaxt bu problemlərdən siyasiləşməyə getməyib. Çünki bu elə bir layihədir ki, ondan hansısa siyasi addım üçün istifadə oluna bilər. Millət vəkili vurğuladı ki, son vaxtlar Avropada baş verən hadisələr, eyni zamanda Ukrayna və Rusiya arasındakı gərginlik bir daha göstərdi ki, ciddi bir tərəfdaş dövlətin inhisarında olan qaz yataqlarında qaz ixracatçısı olaraq mütləq şəkildə zəmanət olmalıdır.

Nizami Hüseynov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Təzəkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir