• Şb. Noy 23rd, 2024

Qubadlının işğaldan azad olunması tarixi hadisədir

ByVuqar Ferzeliyev

Okt 23, 2024

        Qubadlı rayonu 1933-cü ildə yaradılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki sahilində yerləşir. Rayon 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Nəticədə, minlərlə rayon sakini evlərindən didərgin düşmüş, onlarla tarixi-dini abidəmiz məhv olunmuşdur. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Qubadlı rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Qubadlı rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.

        2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Birinci Qarabağ savaşında Qubadlının 10 nəfərə yaxın cəsur oğlu rəşadətli döyüş yolu keçmiş və Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər. Əslən Qubadlının  Sarıyataq  kəndindən olan  Kazımağa  Kərimov Azərbaycan jurnalistləri arasında ilk Milli Qəhrəmandır. Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar.Bu yurd 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu döyüşçüləri ilə vurub salan,  avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edərək bir gün ərzində ermənilərin 80-dən çox canlı qüvvə və bir neçə texnikasını məhv edən, düşmənin Gorusun Şurnuxu kəndindəki postunu darmadağın edən, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edən I Qarabağ müharibəsi iştirakçısı, milli qəhrəman  Əliyar Əliyevin  yurdudur.

        Qoy Ermənistan dövləti və  onun siyasi-hərbi  rəhbərliyi  papağını qarşısına qoyub düşünsün ki,  yeganə yol əməkdaşlıq yoludur. Mənasız qarşıdurma yolu Ermənistanı  açıq-aşkar uçuruma aparır. Ermənilər anlamalıdırlar ki, həmin uçurumun bir addımlığındadırlar. Onların xilası yalnız  qarşılıqlı əməkdaşlıq yolu ilə mümkündür.  Ermənistan nə qədər  bunu tez dərk etsələr, bir o qədər də   düşdükləri fəlakətli vəziyyətdən  çıxış yolu tapa bilər. Azərbaycan  Prezidenti də əməkdaşlıq yolunu təklif edib. Əgər qarşı tərəf bu fikrqəbul etməyib yenə də mənasız iddialarla baş qatmağa çalışacaqlarsa,  dəmir yumruq yerindədir.   

Ceyhun Rəhimov,

Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir